Azərbaycanda avrokuboklara vəsiqə qazanan bütün komandalar bəlli olub

Azərbaycanda avrokuboklara vəsiqə qazanan bütün komandalar bəlli olub
25.05.2024 21:24
Aa
dəq

Azərbaycan Premyer Liqasında gümüş, bürünc mükafatçılar və avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, buna sonuncu - XXXVI turun ilk qarşılaşmalarından sonra aydınlıq gəlib.

"Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" səfərdə "Neftçi"ni minimal hesabla üstələyib - 1:0.

Xallarının sayını 58-ə çatdıran "Zirə" həm gümüş mükafatçı olub, həm də UEFA Avropa Liqasına vəsiqə qazanıb. Eyni xala malik "Sabah" üçüncü yeri tutmaqla yanaşı UEFA Konfrans Liqasında iştirak hüququ əldə edib.

Rəqiblərindən bir xal az toplayan "Sumqayıt" dördüncü pillə ilə kifayətlənib və Konfrans Liqasında mübarizə aparacaq. "Neftçi" isə avrokuboklardan kənarda qalıb.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasında çıxış edəcək.

Qeyd edək ki, Premyer Liqada mövsümə sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və “Araz-Naxçıvan” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu