Operativ Məlumat Mərkəzi

Azərbaycanda ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırılıb

2 dəq
Paylaş:
Azərbaycanda ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırılıb
Prezident İlham Əliyev bununla bağlı ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb....

Azərbaycanda ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" dxəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 6-dan 8-ə çatdırılıb və onların icrası 2030-cu ilədək təmin ediləcək.

Eyni zamanda mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək.

Bundan başqa, Nazirlər Kabineti dörd ay müddətində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər