Azərbaycana turist axını 34% artıb

Azərbaycana turist axını 34% artıb
22.09.2023 15:16
Aa
dəq

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 343,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM"  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 31,7 %-i Rusiya, 17,7 %-i Türkiyə, 7,5 %-i İran, 4,9 %-i Hindistan, 4,7 %-i Gürcüstan, 4,4 %-i Səudiyyə Ərəbistanı, 2,6 %-i Qazaxıstan, 2,4 %-i Pakistan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8 %-i Özbəkistan, 1,6 %-i İsrail, hər birindən 1,5 % olmaqla Küveyt və Ukrayna, 1,4 %-i Belarus, 1,2 %-i Türkmənistan, 1,1 %-i Böyük Britaniya, 11,9 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,9 %-ni kişilər, 30,1 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Türkmənistandan - 3,2 dəfə, Hindistandan - 2,4 dəfə, Özbəkistandan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Belarusdan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, İtaliyadan - 1,5 dəfə, ABŞ-dan - 39,5 %, İsraildən - 39,2 %, Gürcüstandan - 32,9 %, Böyük Britaniyadan - 27 %, Küveytdən - 22,3 %, Türkiyədən - 19,6 %, Almaniyadan - 18,6 %, BƏƏ-dən - 11,8 %, Ukraynadan - 5,1 % artıb.

2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 549,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,8 % artaraq 67,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,2 % azalaraq 228,4 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9 %-i hava, 26,7 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə etib.

Həftənin ən çox oxunanları

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır

Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır
DAVAMIN OXU davamın oxu

Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıb

Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıb
DAVAMIN OXU davamın oxu

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
DAVAMIN OXU davamın oxu

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb
DAVAMIN OXU davamın oxu