Əsas məzmuna keç

Azərbaycana qarşı çirkin kampaniya aparan "Rybar"ın rəhbəri Monteneqroda SAXLANILDI

Azərbaycana qarşı çirkin kampaniya aparan "Rybar"ın rəhbəri Monteneqroda SAXLANILDI

Rusiyanın “Rıbar” teleqram kanalının təsisçisi Mixail Zvinçuk, həyat yoldaşı və daha üç nəfər Monteneqroda saxlanılıb. Rusiya Xarici İşlər Nazirliyi saxlanmanın halları ilə bağlı məlumatları araşdırır.

en ru

Rusiyanın "Rybar" teleqram kanalının yaradıcısı Mixail Zvinçuk Monteneqroda saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, yerli "Vijesti" qəzeti Mixail Zvinçuk, həyat yoldaşı Valeriya və "Rybar"ın daha üç əməkdaşının bu səhər Monteneqronun Risan şəhərində saxlanıldığı barədə məlumat yayıb.

Bildirilib ki, əməliyyat polisi və ölkənin Milli Təhlükəsizlik Agentliyi tərəfindən həyata keçirilib.

Bunun xarici informasiya təsir əməliyyatlarında iştirak edən Telegram kanallarının hibrid fəaliyyətlərinin qarşısının alınması ilə əlaqəli olduğu bildirilib.

Qeyd edək ki, "Rybar" Teleqram kanalı və onun təsisçisi bloger Mixail Zvinçuk Rusiyada Azərbaycana qarşı aparılmış çirkin informasiya kampaniyasının müəlliflərindən biridir. Zvinçukun həm müəllifi olduğu "Rybar" kanalında, həm də anti-Azərbaycan mövqeli "Tsarqrad" kanalında çox saylı əleyhinə yazılarına rast gəlmək olar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…