Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

1 dəq
Paylaş:
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
XİN-in “X” hesabında başsağlığı mesajı paylaşılıb. “Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat...

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəza törətməsi ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki XİN-in “X” hesabında başsağlığı mesajı paylaşılıb.

“Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır” XİN bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər