Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dövlətlərini təbrik edib

2 dəq
Paylaş:
Azərbaycan XİN Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dövlətlərini təbrik edib

Bu gün, tarixi Sazişi ilə əsası qoyulmuş, bir-birinə sıx tellərlə bağlı olan və xalqları arasında qardaşlıq, dostluq, həmrəylik əsasında birgə əməkdaşlığa əsaslanan Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Naxçıvan Sazişinin ildönümü ilə bağlı "X" hesabındakı paylaşımında qeyd olunub.

XİN bu münasibətlə türk dünyasını birləşdirən təşkilatın bütün üzv və müşahidəçilərini təbrik edib: "Ötən 15 il ərzində daha fəal, sistematik xarakter alan TDT-nin bundan sonra da gücləndirilməsi istiqamətində birgə fəaliyyətimizdə uğurlar arzu edirik!".

Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - 3 oktyabr Türkdilli Ölkələrin Günü elan edilib və hər il qeyd olunmaqdadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax