Azərbaycan XİN Ermənistana cavab verib

Azərbaycan XİN Ermənistana cavab verib
13.06.2023 17:31
Aa
dəq

"Ermənistan Xarici İşlər Nazirliyinin hərbi təxribatlara görə məsuliyyəti riyakarcasına Azərbaycanın üzərinə atması və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə zidd olaraq, suveren ərazimiz olan Qarabağ bölgəsinə beynəlxalq missiya göndərilməsini təşviq etməsi və daxili işlərimizə qarışması, bu ölkənin beynəlxalq öhdəliklərinə heç bir önəm vermədiyini bir daha nümayiş etdirir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə bəyanatına dair şərhində əksini tapıb.

Həm işğal dövründə, həm də münaqişənin həllindən sonra sülhün bərqərar olunması istiqamətində danışıqlar prosesinə maneçilik törətmək məqsədilə, Ermənistanın mütəmadi əsasda Azərbaycana qarşı hərbi-siyasi təxribatlar törətdiyi hər kəsə məlumdur. Məhz bu təxribatçı addımlar nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması istiqamətində diplomatik səylər uğursuzluğa düçar olub.

Hal-hazırda, Ermənistan tərəfinin post-münaqişə dövründə ərazilərimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəliyini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Bununla yanaşı, beynəlxalq səviyyədə təsdiq olunmuş bütün danılmaz faktlara baxmayaraq, işğal dövründə olduğu kimi, indi də Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermənistana məxsusluğunun danılması, Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir. Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan bu birləşmələr Azərbaycanın yenidənqurma işlərinə və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz geri qayıdışına maneədir və bütün erməni silahlı birləşmələr Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır.

Sülh yaradılması səylərinə maneçilik törədilməsi, saxta və yalançı bəyanatlar verilməsi əvəzinə, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsi daxil ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə əməldə riayət etməsi tələb olunur.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu