Azərbaycan XİN Ermənistan TŞ katibinə cavab verib

Azərbaycan XİN Ermənistan TŞ katibinə cavab verib
08.06.2023 18:55
Aa
dəq

"İyunun 8-də Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı guya Azərbaycanın Ermənistanla sərhəddə və Laçın yolunda vəziyyəti gərginləşdirdiyi, güc tətbiqi siyasəti yürütdüyü, Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı etnik təmizləmə həyata keçirmək niyyətində olduğu barədə səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası zamanı səsləndirdiyi iddialara cavabında bildirilib.

Qeyd edilib ki, Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə erməni sakinlərin reinteqrasiyası kimi daxili məsələlərə müdaxilə cəhdlərinə hələ də son qoymaması bu ölkənin bölgədə sülh və sabitlikdə maraqlı olmadığını göstərir:

"Misal olaraq, Ermənistan Təhlükəsizlik Şurasının katibinə xatırladırıq ki, Ermənistan Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb və bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir. Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsi bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub".

"Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirik", - XİN-in yaydığı məlumatda bildirilib.

Həftənin ən çox oxunanları

İlham Əliyev Viktor Orban ilə söhbət edib

İlham Əliyev Viktor Orban ilə söhbət edib
DAVAMIN OXU davamın oxu

Prezident İsveçrə Konfederasiyasının Prezidenti ilə söhbət edib

Prezident İsveçrə Konfederasiyasının Prezidenti ilə söhbət edib
DAVAMIN OXU davamın oxu

Paşinyanın İlham Əliyevlə görüşdən imtina edib

Paşinyanın İlham Əliyevlə görüşdən imtina edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Lyuk Friden ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Lyuk Friden ilə görüşüb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısının keçiriləcəyi Blenheim sarayına gəlib - YENİLƏNİB

İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısının keçiriləcəyi Blenheim sarayına gəlib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu