Operativ Məlumat Mərkəzi

Azərbaycan və Albaniya ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

1 dəq
Paylaş:
Azərbaycan və Albaniya ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində məlumat verilib. “Hörmətli həmkarım və dostum, Albaniyanın xarici işlər naziri...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov albaniyalı həmkarı Olta Xhaçka ilə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində məlumat verilib.

“Hörmətli həmkarım və dostum, Albaniyanın xarici işlər naziri Olta Xhaçka ilə Ukraynanın bərpası ilə bağlı konfransın kuluarında görüşməyimə şadam. Bizim Azərbaycan və Albaniya arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini müzakirə etmək və onun inkişaf perspektivləri üzərində ətraflı danışmaq imkanımız olub”, - paylaşımda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər