Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN: "Azərbaycan tərəfi sadəcə öz hərbçisinin yaralandığı hərbi təxribata cavab tədbiri görüb"

1 dəq
Paylaş:
Azərbaycan XİN: "Azərbaycan tərəfi sadəcə öz hərbçisinin yaralandığı hərbi təxribata cavab tədbiri görüb"

“Ermənistan silahlı qüvvələri Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas amildir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın paylaşımına münasibət bildirərkən yazıb.

"Ermənistanın baş naziri növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Azərbaycan tərəfi sadəcə öz hərbçisinin yaralandığı hərbi təxribata cavab tədbiri görüb", - o yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər