Azərbaycan xilasediciləri Kahramanmaraşdakı fəaliyyətlərini davam etdirir

Azərbaycan xilasediciləri Kahramanmaraşdakı fəaliyyətlərini davam etdirir
09.02.2023 12:15
Aa
dəq

Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları keçirir.

 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Fevralın 9-da şəhər ərazisində FHN-in xilasediciləri qruplar şəklində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır.

Hazırda Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərinin Milli Təhsil prospektindəki binaların dağıntıları altında qalmış insanların çıxarılması əməliyyatlarını həyata keçirirlər.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib.

Xatırladaq ki, Azərbaycanın xilasediciləri gecədən səhərədək də axtarış-xilasetmə əməliyyatlarını keçirib.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 147 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həftənin ən çox oxunanları

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu

İran BRİKS sammitində Rusiya ilə strateji tərəfdaşlıq sazişi imzalamağı gözləyir

İran BRİKS sammitində Rusiya ilə strateji tərəfdaşlıq sazişi imzalamağı gözləyir
DAVAMIN OXU davamın oxu

Zaxarova Aİ diplomatiyasının yeni rəhbərinin təyinatını şərh edib

Zaxarova Aİ diplomatiyasının yeni rəhbərinin təyinatını şərh edib
DAVAMIN OXU davamın oxu

Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev hərbi məhkəməyə aparılıb

Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev hərbi məhkəməyə aparılıb
DAVAMIN OXU davamın oxu