Azərbaycan xarici dövlət borcunu 3 % azaldıb

Azərbaycan xarici dövlət borcunu 3 % azaldıb
22.01.2024 17:58
Aa
dəq

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 milyard 480,7 milyon ABŞ dolları (11 milyard 17,2 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 9 %-i qədər olub.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 212,5 milyon ABŞ dolları (361,2 milyon manat) və yaxud 3,2 % azalıb.

Azərbaycanla beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit sazişləri çərçivəsində 2023-cü ildə 148 milyon ABŞ dolları (251,6 milyon manat) kredit vəsaitindən istifadə edilib.

Bundan başqa, ötən ilin sonuna ölkənin daxili dövlət borcu 15 milyard 866,4 milyon manat təşkil edib. Bu, əvvəlki ilin sonuna nisbətən 11 milyard 678,2 milyon manat və yaxud 3,8 dəfə çoxdur. Artımın əsas səbəbi 9 milyard 351 milyon manatlıq dövlət zəmanətli öhdəliklərinin dövlət borcuna aid edilməsi, bununla yanaşı dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövlət istiqrazlarının yerləşdirilməsi olub. 2023-cü ildə daxili dövlət borcunun ÜDM-ə nisbəti 9,8 faiz bəndi artaraq 3,1 %-dən 12,9 %-ə yüksəlib.

Dövlət borcunun tərkibində xarici dövlət borcunun xüsusi çəkisi son 5 ildə 29,8 faiz bənd azalaraq 92,6 %-dən 62,8 %-ə düşüb, daxili dövlət borcunun xüsusi çəkisi isə müvafiq olaraq (dövlət borcuna yenicə aid edilmiş dövlət zəmanətli öhdəliklər istisna olmaqla) 7,4 %-dən 37,2 %-ə çatıb.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu