Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova kişi voleybolçular arasında keçiriləcək Qızıl Avropa Liqası oyunlarına təyinat alıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qurum rəsmisi 6-8 iyun tarixlərində Rumıniyanın Mioveni şəhərində təşkil olunacaq ikinci turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Monteneqro və Latviya komandaları mübarizə aparacaqlar.