Operativ Məlumat Mərkəzi

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanları əməkdaşlıq məsələlərini müzakirə ediblər

1 dəq
Paylaş:
Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanları əməkdaşlıq məsələlərini müzakirə ediblər
ABŞ-ın Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də...

ABŞ-ın Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Simpozium çərçivəsində Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyənin HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və ABŞ-ın HDQ komandanı admiral Liza Franketti ilə görüşüb.

Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər