Operativ Məlumat Mərkəzi

Azərbaycan və Serbiya XİN başçıları strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

1 dəq
Paylaş:
Azərbaycan və Serbiya XİN başçıları strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
bu barədə C.Bayramov "X" hesabında yazıb. "Serbiya Baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Daçiç ilə görüşməkdən və ölkələrimiz...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Daçiç ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə C.Bayramov "X" hesabında yazıb.

"Serbiya Baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Daçiç ilə görüşməkdən və ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı məqsədləri müzakirə etməkdən məmnun oldum",- nazir bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər