Azərbaycan və Özbəkistan XİN başçıları bölgədə yaranmış vəziyyəti müzakirə ediblər

Azərbaycan və Özbəkistan XİN başçıları bölgədə yaranmış vəziyyəti müzakirə ediblər
16.06.2025 14:43
Aa
dəq

16 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, telefon danışığı zamanı, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyəti, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

Həftənin ən çox oxunanları