Azərbaycan və Küveyt arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Küveyt arasında əməkdaşlıq məsələləri müzakirə olunub
02.03.2023 17:16
Aa
dəq

Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM" verilən xəbərə görə, görüşdə Azərbaycan və Küveyt arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyi, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb. Nazir Ceyhun Bayramov BMT, QH, İƏT çərçivəsində ölkələr arasında qarşılıqlı dəstəyi məmnuniyyətlə qeyd edib.

Görüş zamanı habelə “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya” çərçivəsində fəaliyyət müzakirə olunub.

Küveyt naziri Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətli sədrliyinə görə minnətdarlıq ifadə edib. Əlaqələrin artan xətt üzrə inkişaf etdiyini qeyd edən nazir, iki ölkə arasında mütəmadi olaraq keçirilən görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

Tərəflər həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

Prezident Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb

Prezident Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Almaniya kansleri ilə görüşüb

İlham Əliyev Almaniya kansleri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib
DAVAMIN OXU davamın oxu

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik
DAVAMIN OXU davamın oxu