Operativ Məlumat Mərkəzi

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri İsveçrədə görüşə bilər

1 dəq
Paylaş:
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri İsveçrədə görüşə bilər
bu barədə Ermənistan parlamenti sədrinin ofisindən uyğun sorğuya cavab olaraq bildirilib. Məlumata görə, konkret təkliflər hələ daxil olmayıb, görüşün...

Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin rəhbəri Alen Simonyan martın 23-27-də İsveçrədə görüşə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin ofisindən uyğun sorğuya cavab olaraq bildirilib.

Məlumata görə, konkret təkliflər hələ daxil olmayıb, görüşün belə formatı müzakirə edilə bilər.

Bir müddət əvvəl Beynəlxalq Parlamentarası İttifaqın Baş katibi Martin Çunqonq Sahibə Qafarova ilə Alen Simonyanın danışıqlarına qurumun ev sahibliyi edəcəyinin planlaşdırıldığını bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər