Bakı İrəvan, İran, Rusiya və Türkiyənin iştirak etdiyi "3+3" regional formatında sülhə nail ola bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian İrəvanda erməni həmkarı Ararat Mirzoyan ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Ermənistan xarici işlər naziri əlavə edib ki, İrəvan sülh sazişinin imzalanması ilə bağlı Bakıdan növbəti təkliflər paketi alıb və vaxtında cavab verəcək.
O, həmçinin qeyd edib ki, Bakı ilə sülh üçün imkan pəncərəsi açılıb, lakin bu, bir sıra amillərdən, o cümlədən Azərbaycanın konstruktivliyindən asılıdır.