Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıb

Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıb
29.11.2023 19:45
Aa
dəq

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə XİN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan tərəfindən siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Əlcəzair tərəfindən isə xarici işlər və xaricdəki milli icma nazirliyinin baş katibi Lounes Magraman rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

İclas zamanı həmçinin təhsil, mədəniyyət, turizm, səhiyyə və bir sıra başqa sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə Birgə İqtisadi Komissiyanın təsis edilməsinin müvafiq istiqamətlərdə ikitərəfli əlaqələrinin inkişafına təkan verəcəyi vurğulanıb.

Çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunan tərəflər, BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud təmasların səviyyəsindən məmnunluq ifadə ediblər. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürülmüş təşəbbüslərin Hərəkatın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət etməsi təqdir olunub, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da ikitərəfli əməkdaşlığın müsbət dinamikasının qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb.



İclasda habelə regional və beynəlxalq siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.xar

Həftənin ən çox oxunanları

Kral III Çarlz Muxtar Babayevi qəbul edib

Kral III Çarlz Muxtar Babayevi qəbul edib
DAVAMIN OXU davamın oxu

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib
DAVAMIN OXU davamın oxu

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
DAVAMIN OXU davamın oxu