Operativ Məlumat Mərkəzi

Azərbaycan və Belarus fövqəladə hallar nazirləri “ADEX” sərgisini ziyarət edib

1 dəq
Paylaş:
Azərbaycan və Belarus fövqəladə hallar nazirləri “ADEX” sərgisini ziyarət edib
Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski Bakıda təşkil olunmuş...

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski Bakıda təşkil olunmuş “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər iki nazir sərgi ilə yaxından tanış olublar.

Qeyd edilib ki, Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisə olan “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün effektiv platforma rolunu oynayır.

Sərgidə müxtəlif ölkələrin çoxsaylı şirkətləri təmsil olunur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər