Əsas məzmuna keç

Azərbaycan üzərindən Rusiya–Ermənistan tranzit daşımaları davam edir

Azərbaycan üzərindən Rusiya–Ermənistan tranzit daşımaları davam edir

Biləcəri stansiyasından yola salınan 19 vaqonluq yük nəyi ehtiva edir? İndiyədək nəqliyyat dəhlizi vasitəsilə daşınan yanacaq və taxılın həcmi açıqlanıb.

en ru

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 470 ton olan propan və 5 vaqondan ibarət, çəkisi 339 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…