Əsas məzmuna keç

Azərbaycan, Türkiyə və Gürcüstan strateji təlim keçirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan strateji təlim keçirəcək

Bakı, Ankara və Tbilisi hərbi əməkdaşlığı genişləndirir. Üçtərəfli formatda keçiriləcək genişmiqyaslı təlimin detalları və gözlənilən strateji hədəflər açıqlandı.

en ru

, və Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən hər üç ölkədən keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin noyabrında Azərbaycanda icra olunacaq "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçirilib.

Təlimdə üç ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Dəmir Yollarının əməkdaşları da iştirak edəcəklər.

Qeyd edək ki, təlimin planı iştirakçı ölkələrin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.

Konfransda təlimin mövzusu, məqsədləri, birgə qərargahın tərkibi, ərazidə icra olunacaq taktiki epizodlar və digər təşkilati məsələlər müzakirə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…