Əsas məzmuna keç

Azərbaycan səfirliyi yoxsul peruluların övladlarına bayram hədiyyələri paylayıb

Azərbaycan səfirliyi yoxsul peruluların övladlarına bayram hədiyyələri paylayıb

bu barədə Azərbaycanın Latın Amerikası ölkəsindəki səfirliyin mətbuat xidməti bildirib. “Azərbaycanın Perudakı səfirliyi Peru-Azərbaycan...

Azərbaycanın Perudakı səfirliyinin əməkdaşları – Parlamentlərarası Qrupunun sədri, Xose Xeri ilə birgə paytaxt Limanın Villa el Salvador rayonunun Ollita Virgen ərazisindəki aztəminatlı ailələrin uşaqlarına bayram ərməğanları paylayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Latın Amerikası ölkəsindəki səfirliyin mətbuat xidməti bildirib.

“Azərbaycanın Perudakı səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, konqresmen cənab Xose Xeri ilə birlikdə Villa el Salvador rayonunun Ollita Virgen ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına Milad və Yeni İl münasibətilə hədiyyələr təqdim etdi”, – diplomatik missiyanın hesabında yazılıb.

Qeyd edək ki, adıçəkilən rayon paytaxtın sosial və iqtisadi baxımdan çətinlik çəkən ərazilərindən biri hesab olunur.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…