Operativ Məlumat Mərkəzi

Azərbaycan səfiri qazaxıstanlı həmkarı və beynəlxalq fond sədri ilə mədəniyyət sahəsində əlaqələri müzakirə edib

1 dəq
Paylaş:
Azərbaycan səfiri qazaxıstanlı həmkarı və beynəlxalq fond sədri ilə mədəniyyət sahəsində əlaqələri müzakirə edib
bu barədə Azərbaycanın Türkiyədəki diplomatik missiyasının mətbuat xidməti sosial şəbəkədə məlumat verib. “Səfir Rəşad Məmmədov Beynəlxalq Türk...

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Aktotı Raimkulova və qazaxıstanlı həmkarı Yerkebulan Sapiyevlə mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki diplomatik missiyasının mətbuat xidməti sosial şəbəkədə məlumat verib.

“Səfir Rəşad Məmmədov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Aktotı Raimkulovanı və Qazaxıstanın Ankaradakı səfiri cənab Yerkebulan Sapiyevi qəbul edib. Görüşdə türk dövlətləri arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi məsələsi müzakirə edilib və Türk Mədəniyyəti və İrsi Fondunun bu istiqamətdə gördüyü işlərin əhəmiyyəti vurğulanıb”, – paylaşımda qeyd olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər