Əsas məzmuna keç

Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib

Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib

məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, görüş çərçivəsində ikitərəfli gündəliyin cari məsələləri müzakirə edilib, xarici işlər...

Gürcüstanın naziri Maka Boçorişvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, görüş çərçivəsində ikitərəfli gündəliyin cari məsələləri müzakirə edilib, xarici işlər naziri Maka Boçorişvilinin Azərbaycana planlaşırılan rəsmi səfərinin təfərrüatlarına toxunulub. Qeyd olunub ki, tərəflər həmçinin Gürcüstan və arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsini müzakirə ediblər.

“Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini bir daha müsbət qiymətləndirdilər. Ticari-iqtisadi, və sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirildi. Görüşdə regionun dinc və sabit inkişafının vacibliyi qeyd edilib. Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud nümunəvi strateji əməkdaşlığı daha da dinamikləşdirməyə hazır olduqlarını bildiriblər”, - nazirliyin məlumatında qeyd olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…