Əsas məzmuna keç

Azərbaycan səfiri etimadnaməsinin surətini İndoneziyanın Dövlət Protokolu rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini İndoneziyanın Dövlət Protokolu rəhbərinə təqdim edib

Azərbaycanın İndoneziyadakı səfiri etimadnaməsinin surətini bu ölkənin və Məsələləri üzrə Baş direktor – Dövlət Protokolu rəhbəri Endi Raçmiantoya təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə indoneziyalı diplomat sosial şəbəkədə yazıb.

“Azərbaycanın İndoneziya Respublikasındakı yeni səfiri Zati-aliləri Ramil oğlu Rzayevin etimadnamənin surətini təqdim etmək üçün nəzakət ziyarətini qəbul etdim. Xoş gəlmisiniz, cənab Səfir!”, – o qeyd edib.

Xatırladaq ki, ötən ilin dekabrında Ramil Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…