Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi beynəlxalq dəmir yol marşrutlarının bir hissəsinə çevriləcək

2 dəq
Paylaş:
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi beynəlxalq dəmir yol marşrutlarının bir hissəsinə çevriləcək
bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş...

Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi coğrafi məkanda yerləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli iştirakçısıdır.

“Ölkəmizin nəqliyyat-logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir”, - Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət limanına malikdir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmçinin Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib:

“Zəngəzur dəhlizi təkcə Azərbaycanı Naxçıvanla Muxtar Respublikası ilə birləşdirməyəcək, beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər