Azərbaycan Prezidenti hazırda Qarabağın erməni sakinləri üçün görülən işləri açıqlayıb

Azərbaycan Prezidenti hazırda Qarabağın erməni sakinləri üçün görülən işləri açıqlayıb
06.10.2023 16:02
Aa
dəq

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənlərinin bu yanğının qarşısını aldığını, zərərçəkmiş insanlara dəstək göstərildiyini, hazırda Azərbaycanın tibbi heyətinin Xankəndidə yerli əhaliyə xidmətlər göstərdiyini diqqətə çatdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Prezidenti Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin yerlərdə xidmət göstərdiklərini, əhalinin qeydiyyata alınması prosesinin başlandığını, bunun üçün ayrıca portalın fəaliyyət göstərdiyini bildirdi, gündəlik ehtiyacların ödənilməsi və qida təchizatı üçün aidiyyəti qurumların yerində xidmət apardıqlarını deyib.

Dövlət başçısı ərazidə mühüm infrastruktur obyektlərinin, eləcə də tarixi, dini və mədəni abidələrin polis tərəfindən mühafizə olunduğunu, elektrik təchizatının həyata keçirildiyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar Qarabağın erməni sakinlərinin reinteqrasiyası proqramının hazır olmasının və həyata keçirilməsinin göstəricisidir.

Həftənin ən çox oxunanları

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi
DAVAMIN OXU davamın oxu

İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov: Sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb

Ceyhun Bayramov: Sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
DAVAMIN OXU davamın oxu