Əsas məzmuna keç

Prezident: "Gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə biz fəal işləyəcəyik"

Prezident: "Gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə biz fəal işləyəcəyik"

Gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə biz işləyəcəyik. Daha doğrusu, bu iş artıq başlanmışdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatı zamanı deyib.

“Keçən ilin sonunda , Gürcüstan, Macarıstan və Rumıniya önəmli sazişə imza atmışlar. Və bu ilin fevral ayında Bakıda Yaşıl layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir və əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm 4 ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaq, eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyanın Prezidenti imzalama mərasimində də iştirak etmişdir”, - Prezident qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…