Əsas məzmuna keç

Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü

Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü

1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü. Onlar çadırlarda, vaqonlarda, uşaq bağçalarında, yataqxanalarda yaşayırdılar....

1993-cü ilə qədər 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü. Onlar çadırlarda, vaqonlarda, uşaq bağçalarında, yataqxanalarda yaşayırdılar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham mayın 17-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuli şəhərinin dağıdılmış yerləri və şəhərin Baş planı ilə tanış olarkən deyib.

"Biz 2007-ci ildə çadır şəhərciklərini ləğv etdik, lakin hələ də yataqxanalarda yaşayan insanlar var. Buna görə də onları oradan buraya köçürürük. Hər şey pulsuzdur. Onlar burada yaşayırlar", - vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…