Azərbaycan Premyer Liqası: "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib
08.03.2024 21:15
Aa
dəq

Azərbaycan Premyer Liqasında XXVI tura start verilib

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, günün yeganə oyunu Bakıda baş tutub.

Turnir cədvəlinin üst pillələrində qərarlaşan "Səbail" və "Sumqayıt" "ASCO Arena"da münasibətləri aydınlaşdırıblar.

Görüş qonaqların minimalhesablı qələbəsi ilə sona çatıb. Yeganə qolu 10-cu dəqiqədə Kazemir Ninqa vurub.

Hesabında 39 xal olan "Sumqayıt" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Səbail" isə 37 xalla 3-cü yerə enib.

Qeyd edək ki, turun digər oyunları martın 9-10-da keçiriləcək.

Həftənin ən çox oxunanları