Operativ Məlumat Mərkəzi

Azərbaycan paraşütçüləri Konyada keçirilən beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edirlər

1 dəq
Paylaş:
Azərbaycan paraşütçüləri Konyada keçirilən beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edirlər
Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir. Azərbaycan Müdafiə...

Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.

Azərbaycan Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub.

Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib.

Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

“Anadolu Ankası – 2024” təlimi mayın 17-dək davam edəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər