Operativ Məlumat Mərkəzi

Azərbaycan ötən il dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb

1 dəq
Paylaş:
Azərbaycan ötən il dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb
2024-cü ildə Azərbaycanın daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış...

2024-cü ildə Azərbaycanın daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1 milyard 888,7 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

"Bununla yanaşı, hesabat dövründə investorlara 170,3 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib", - deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər