Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunda yeni mövsüm rejimi

1 dəq
Paylaş:
Azərbaycan Ordusunda yeni mövsüm rejimi

Ordusunda , , eləcə də xüsusi texnikalar 2026-cı ilin hazırlıq planına uyğun olaraq, yaz-yay mövsümündə istismar rejiminə keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində şəxsi heyətə texnikanın mövsümə uyğun istismarı və qulluq qaydaları öyrədilib, tədbirləri üzrə tələblər çatdırılıb, eləcə də hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.

Texniki xidmət məntəqələrində silah və texnikaların fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və iqlimə uyğun yanacaq-sürtkü materialları dəyişdirilib.

Qeyd edək ki, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidi ilə əlaqədar bütün zəruri tədbirlər planlı şəkildə həyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax