Əsas məzmuna keç

Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşdü

Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşdü

"Azeri Light" markalı xammalın dünya bazarlarında dəyər itirməsi büdcə proqnozlarına necə təsir edəcək? Brent, SOCAR və AÇG üzrə son rəqəmlərlə tanış olun.

en ru

Dünya bazarında "Azeri Light" markalı neftinin qiyməti ucuzlaşıb: 1 barelinin dəyəri 5,05 dolları (və ya 4,04 %) azalaraq 119,98 ABŞ dolları təşkil edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "" markalı neftin iyun fyuçerslərinin qiyməti 126,11 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,04 ABŞ dolları və ya 4,2 % azalaraq 114,84 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin () payı 31,65 %-dir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…