Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan nefti 142 dollara çatdı

1 dəq
Paylaş:
Azərbaycan nefti 142 dollara çatdı

Dünya bazarında " " markalı neftinin 1 barelinin qiyməti 10,89 ABŞ dolları (və ya 8,33 %) artaraq 141,68 ABŞ dolları təşkil edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "" markalı neftin iyun fyuçerslərinin qiyməti 141,37 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 11,07 ABŞ dolları (və ya 8,92 %) artaraq 135,15 ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin () payı 31,65 %-dir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax