Operativ Məlumat Mərkəzi

Azərbaycan MN qarşı tərəfin məlumatını təkzib edib

1 dəq
Paylaş:
Azərbaycan MN qarşı tərəfin məlumatını təkzib edib
bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan...

Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik", - məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər