Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb
27.03.2024 19:52
Aa
dəq

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrəyə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.

Yığmanın heyəti: Aytac Şərifova “Trabzonspor” (Türkiyə), Nərgiz Əliyeva “Karadeniz Ereğli Belediyespor” (Türkiyə), Günay İsmayılova (“Neftçi”), Nigar Mirzəliyeva “Zenit” (Rusiya), Nərgiz Hacıyeva “Trabzonspor” (Türkiyə), Manə Mollayeva (“Neftçi”), Ayşən Əhmədova PAOK (Yunanıstan), Alina Dorofeyeva “Yenisey” (Rusiya), Diana Məmmədova “Yenisey” (Rusiya), Fidan Cəfərova “Baku Juniors”, Aysun Seydiyeva “Neftçi”, Vüsalə Hacıyeva “Amedspor” (Türkiyə), Firəngiz Teymurova “Neftçi”, Jalə Məhsimova “Beylerbeyi Spor” (Türkiyə), Yeliz Acar “Fatih Vətən” (Türkiyə), Peritan Bozdağ “Fatih Vətən” (Türkiyə), Esra Manya “Beşiktaş” (Türkiyə), Kristina Bakarandze “Qalatasaray” (Türkiyə), Coşqunə Əliyeva “Neftçi”, Sevinc Cəfərzadə “Eastern Flames” (Səudiyyə Ərəbistanı), Milana Rəhimova “Neftçi”, Nazlıcan Parlak “Qalatasaray” (Türkiyə), Vüsalə Seyfəddinova “Olimpiada İmittou” (Yunanıstan).

B liqasının l qrupunda mübarizə aparan yığma aprelin 5-də saat 19:45-də səfərdə Macarıstan, aprelin 9-da saat 16:00-da isə Bakıda İsveçrə ilə görüşəcək. Toplanış aprelin 1-də Macarıstana səfərlə başlayacaq.

 

Həftənin ən çox oxunanları

“Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

“Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib
DAVAMIN OXU davamın oxu

"Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

DAVAMIN OXU davamın oxu

"Mançester Siti" darmadağınla üç xalı qazanıb

DAVAMIN OXU davamın oxu

“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub

“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub
DAVAMIN OXU davamın oxu

Türkiyədə futbol hakimi dünyasını dəyişib

Türkiyədə futbol hakimi dünyasını dəyişib
DAVAMIN OXU davamın oxu