Operativ Məlumat Mərkəzi

Azərbaycan millisi Qazaxıstanla oyunda qələbəni əldən verib

1 dəq
Paylaş:
Azərbaycan millisi Qazaxıstanla oyunda qələbəni əldən verib
Vitali Borisovun baş məşqçi olduğu kollektiv Astanada Qazaxıstan yığmasının qonağı olub. “Jekpe Jek” arenasında oynanılan qarşılaşma meydan sahiblərinin...

Futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün elit-raund mərhələsində növbəti oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Vitali Borisovun baş məşqçi olduğu kollektiv Astanada Qazaxıstan yığmasının qonağı olub. “Jekpe Jek” arenasında oynanılan qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.

Matça yaxşı başlayan Azərbaycan millisi ilk hissəsinin əvvəllərində 2 top vursa da, qələbə hesabını qoruyub saxlaya bilməyib.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran Qazaxıstan seçməsi liderliyini möhkəmlədib. Üç xalı olan Azərbaycan yığması isə üçüncü pillədə qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər