Əsas məzmuna keç

Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir

Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir

"Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir. Ən kəskin problemlərdən biri dayazlıqdır — həm ekoloji, həm də iqtisadi...

"Bu gün dənizi ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir. Ən kəskin problemlərdən biri dayazlıqdır — həm ekoloji, həm də iqtisadi təhlükə yaradan su səviyyəsinin sürətlə azalması".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham "Kazinform" agentliyinə müsahibəsində bildirib.

"2022-ci ildə keçirilən altıncı Xəzər Sammitində mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşdi. Xəzərdə suyun səviyyəsi sürətlə azalır və bunun səbəbləri təkcə iqlim dəyişikliyində deyil.

Bu vəziyyətdə bütün Xəzəryanı ölkələr üçün sıx əməkdaşlıq qurmaq, elmi məlumatları fəal şəkildə bölüşmək və nəticələrini azaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla əlaqədar ekoloji dəyişikliklər ekosistemin biomüxtəlifliyini və dayanıqlığını təhdid edir ki, bu da təbiəti qorumaq və ekoloji tarazlığı bərpa etmək üçün koordinasiyalı tədbirlər tələb edir.

Bundan başqa, , Qazaxıstan, eləcə də digər Xəzəryanı ölkələr regional və beynəlxalq məkanlarda Xəzər dənizinin qorunması təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və etməlidirlər", - Prezident bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…