Azərbaycan-Latviya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Azərbaycan-Latviya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub
11.01.2024 15:56
Aa
dəq

Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Milli Məclisin üzvləri, Latviyanın Azərbaycandakı Səfirliyinin əməkdaşları, eləcə də digər qonaqlar iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Latviya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin 30 il ərzində müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar, elmi-texniki, mədəni və s. istiqamətlər üzrə inkişafından ətraflı bəhs olunub. Ali və yüksək səviyyəli səfərlər və təmasların, habelə Strateji Dialoqun ötən il Bakı şəhərində keçirilmiş ikinci iclasının əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynadığı qeyd edilib.

Daha sonra çıxış edən Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya, diplomatik münasibətlərin 30 illiyi münasibətilə öz təbriklərini çatdırıb, münasibətlərin bundan sonra da inkişafına ümidvarlıq ifadə edib. Azərbaycan və Latviya arasında münasibətlərin tarixindən bəhs olunub, tarixi ənənələr, qarşılıqlı dostluq və əməkdaşlığa əsaslanan əlaqələrin bugün də uğurla inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb.

Çıxışlardan sonra iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Azərbaycan və Latviya xarici işlər nazirlərinin təbrik məktublarının mübadiləsi baş tutub.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu