Azərbaycan kikboksçuları İtaliyanın Jesolo bölgəsində keçirilən WAKO versiyası üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatında uğurlu çıxış ediblər.
Komanda yarışda ümumilikdə 16 medal qazanıb. Mükafatların 10-u qızıl, 4-ü gümüş, 2-si isə bürünc olub.
10 dünya çempionu
Gənclər arasında Əli Mayılzadə (57 kq), Adil Əsədov (54 kq) və Gülgəz İbrahimli (48 kq) qızıl medal əldə ediblər.
Yeniyetmələrdən Hüseyn Mahmudzadə (42 kq), Seymur Quliyev (45 kq), Hüseyn Əmirli (45 kq), Nizami Əliyev (48 kq), Ayxan Allahyarlı (54 kq), Cəmil Məmmədov (42 kq) və Eldar Rzayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan yığmasına Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov rəhbərlik edib.
Hakimlər Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A dərəcəli hakimlik statuslarını yeniləyiblər. Anar Məmmədov turnirin ən yaxşı hakiminə təqdim olunan “Best Referee Ring” mükafatına da layiq görülüb.