Əsas məzmuna keç

"Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır"

"Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır"

Azərbaycan İordaniya Krallığı ilə ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident...

İordaniya Krallığı ilə ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri “Jordan News Agency” nəşrinə bildirib.

H.Hacıyevin sözlərinə görə, iki ölkə arasında möhkəm, və həqiqətən qardaş münasibətləri formalaşıb. O, İlham Əliyev və İordaniya Kralı II Abdullah arasında davamlı dialoqu xüsusi qeyd edərək, liderlər arasındakı əlaqələri "ikitərəfli əməkdaşlığın təməl daşı" adlandırıb.

Prezidentinin köməkçisi İordaniya vəliəhd şahzadəsi Əl-Hüseyn bin Abdullanın keçən il Bakıya səfərinin və onun BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı (COP29) çərçivəsində Prezident İlham Əliyevlə görüşünün əhəmiyyətini vurğulayıb. O, danışıqları Azərbaycan-İordaniya tərəfdaşlığının daha da möhkəmləndirilməsi üçün məhsuldar və strateji cəhətdən vacib kimi xarakterizə edib.

"Bu görüşün nəticələrinə əsasən, Azərbaycan Prezidenti hökumətə İordaniya ilə əlaqələrin, xüsusilə iqtisadiyyat və ticarət sahələrində dərinləşdirilməsi üzrə işləri aktivləşdirmək tapşırığı verib", - nəşr H.Hacıyevin sözlərini sitat gətirib.

"Bakı və Amman beynəlxalq platformalarda sıx koordinasiyanı davam etdirir və qlobal gündəmin bir sıra aktual məsələləri üzrə oxşar mövqelər tutur" - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…