Azərbaycan interneti yüksəliş edib

Azərbaycan interneti yüksəliş edib
16.03.2023 10:01
Aa
dəq

Bu ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 137 ölkə arasında 37,42 MB/S sürətlə 57-ci yerdə qərarlaşıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan bu ilin yanvar ayına nisbətən 7 pillə irəliləyib.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 179,61 MB/S), sonuncu - 137-ci yeri isə Əfqanıstan (4,04 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 117-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə irəliləməkdir. Fevralda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27,57 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (237,15 MB/S), sonuncu yeri isə Kuba (1,88 MB/S) tutub.

Bundan başqa, yanvarda Bakı şəhəri mobil internetin sürətinə görə 3 pillə irəliləyərək 39,42 MB/S sürətlə 171 şəhər arasında 74-cü yerə sahiblik edib. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,07 MB/S sürətlə 135-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 229,57 MB/S sürətlə BƏƏ-nin Dubay şəhəri, sonuncu yeri isə 3,88 MB/S sürətlə Əfqanıstanın paytaxtı Kabil şəhəri tutub.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 260,08 MB/S sürətlə liderlik edib. Suriyanın Hələb şəhəri isə 1,66 MB/S sürətlə sonuncu olub.

Həftənin ən çox oxunanları

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu