Azərbaycan I rübdə Qarabağa 1 milyard manatdan çox pul qoyub

Azərbaycan I rübdə Qarabağa 1 milyard manatdan çox pul qoyub
17.04.2023 18:32
Aa
dəq

Bu ilin I rübündə Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 067 milyon manat vəsait yönəldib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard manat vəsaitin 35,5 %-i deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.

Rüblük xərcləmələrin 1 milyard 042,5 milyon manatı avtomobil yollarının layihələndirilməsi və tikilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, 13 milyon manatı işğaldan azad olunmuş ərazilərdə suvarma sistemlərinin yaradılması məqsədilə “Azərbaycan Meliorasiya və Su Təsərüffatı” ASC-nin, 6 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məqsədilə Minatəmizləmə Agentliyinin, 5,5 milyon manatı isə digər zəruri infrastrukturun yaradılması məqsədilə müvafiq icraçıların payına düşüb.

Hesabat dövründə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin (2 milyard 650,4 milyon manat) 10,2 %-i və yaxud 269,2 milyon manatı xərc edilib.

Həftənin ən çox oxunanları

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
DAVAMIN OXU davamın oxu

ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh sazişini imzalamağın vaxtı çatıb

ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh sazişini imzalamağın vaxtı çatıb
DAVAMIN OXU davamın oxu

Ermənistan PUA-sı kəşfiyyat uçuşuna cəhd göstərdi - RƏSMİ

Ermənistan PUA-sı kəşfiyyat uçuşuna cəhd göstərdi - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var

Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var
DAVAMIN OXU davamın oxu

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib
DAVAMIN OXU davamın oxu