Operativ Məlumat Mərkəzi

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir - YENİLƏNİB

1 dəq
Paylaş:
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir - YENİLƏNİB
bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Çanaqqala və Saros körfəzində icra edilən manevr dekabrın 6-dək davam edəcək....

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Türkiyədə 15 ölkənin iştirakı ilə keçirilən "Nüsret-2023" beynəlxalq təlimində iştirak edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan hərbi dənizçiləri manevrdə qərargah fəaliyyətlərini yerinə yetirəcəklər.

***

Türkiyədə 15 ölkənin iştirakı ilə “Nüsret-2023” beynəlxalq hərbi təlimi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Çanaqqala və Saros körfəzində icra edilən manevr dekabrın 6-dək davam edəcək.

Təlim çərçivəsində minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər