"Azərbaycan Ermənistanla normallaşma prosesini irəli aparmağa davam edəcək"

"Azərbaycan Ermənistanla normallaşma prosesini irəli aparmağa davam edəcək"
29.09.2024 10:06
Aa
dəq

“Ermənistanla silahlı münaqişənin başa çatması və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda yeni mühit formalaşdırıb”. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, hərbi işğala son qoymaqla Azərbaycan hər iki tərəfə düşmənçilik səhifəsini bağlayıb, mehriban qonşuluq münasibətlərinə başlamağa şərait yaradıb.

“Azərbaycan siyasi müdriklik və iradə nümayiş etdirərək Ermənistanla bərabər şərtlərdə, qarşılıqlı tanıma və bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərini ehtiva edən beynəlxalq hüquq və prinsiplərə tam uyğun sülh təklif edib. Son bir il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində, xüsusən də dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli saziş layihəsinin hazırlanması, etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kompleksinin hazırlanması ilə bağlı mühüm irəliləyişlər əldə ediblər. Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, həm də bütün regionun daha yaxşı gələcəyi üçün güclü məsuliyyət hissi ilə hərəkət edərək bu prosesi irəli aparmağa davam edəcək”,- deyə xarici işlər naziri bildirib.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov Rusiyaya gedib

Ceyhun Bayramov Rusiyaya gedib
DAVAMIN OXU davamın oxu

Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir

Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir
DAVAMIN OXU davamın oxu

İcma: Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif olduğunu göstərir

İcma: Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif olduğunu göstərir
DAVAMIN OXU davamın oxu

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: Ermənistanın Azərbaycana COP29-la səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur

Rəsmi Bakı: Ermənistanın Azərbaycana COP29-la səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur
DAVAMIN OXU davamın oxu