Azərbaycan Dünya Bankının yeni hesabatına uyğun elektrik təchizatı sahəsində islahatları müzakirə edib

Azərbaycan Dünya Bankının yeni hesabatına uyğun elektrik təchizatı sahəsində islahatları müzakirə edib
22.09.2023 17:08
Aa
dəq

Bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupu elektrik təchizatı sahəsində Dünya Bankının “B-Ready” hesabatının metodologiyasına uyğun olaraq qanunvericilik sahəsində mümkün islahatları müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, işçi qrupunun növbəti iclası videokonfrans formatında keçirilib. Bu islahatlar haqqında Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev danışıb.

Energetika nazirinin müavini, işçi qrupun rəhbəri Samir Vəliyev iclası açıq elan edərək gündəlikdə duran məsələləri təqdim edib.

İclasda müvafiq hesabatın “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində cari ilin üçüncü rübü ərzində yekunlaşdırılmalı olan tədbirlərin icra vəziyyətinə dair məruzə dinlənilib.

Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoruna dair sorğunun cavablandırılması və işçi qrupunun əvvəlki iclasında verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı görülmüş işlər barədə məlumat verilib. Enerji təchizatı şəbəkəsinə qoşulma üzrə elektron müraciətlərin statistikası nəzərdən keçirilib, elektron müraciətlərin təşviqi strategiyaları, həmçinin bu sahədə məlumatların ictimailəşdirilməsi üzrə müzakirələr aparılıb.

Görüş iclasın gündəliyində duran digər mövzular ətrafında səmərəli müzakirələrlə yekunlaşıb. İclasda Energetika və İqtisadiyyat nazirlikləri, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC, həmçinin işçi qrupuna üzv olan digər dövlət təşkilatlarının nümayəndələri iştirak edib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu