Frankafoniya Təşkilatında Ermənistanın iştirakı və oradakı bəyanatlar heçnəyə sığmır.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.
O qeyd edib ki, Ermənistanın dili fransız dili deyil, Fransa mədəniyyətinə heç bir töhvəsi yoxdur və olmayıb. Ermənistanın orada iştirakı tamamilə yanlış addımdır. Bu ona bənzəyir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına Mozambik və ya Salvadoru üzv edir, zirvə görüşlərinə dəvət edir. Bu isə tamamilə cəfəng bir addımdır ki, Fransa bu addımı atır. Hələ bu da az imiş kimi humanitar yönümlü təşkilatın tədbirlərini siyasi alət kimi istifadə edir. Bu həm beynəlxalq hüquqa, həm də humanitar dəyərlərə ziddir və qəbul edilməzdir:

“İkinci məsələ hər dəfə olduğu kimi Ermənistan “böyük bacısının” yanında olanda, Paşinyan bu görüşlərdən sonra ölkəsinə qayıdanda biz Ermənistanın bəyanatlarında, davranışlarında mənfiyə doğru dəyişməni görürük. Bununla bağlı konkret faktlar var. Hər dəfə Makron Azərbaycanın əleyhinə olan fikirləri səsləndirməklə və bəyanatlar vermək ilə Ermənistana pas ötürür və onu rasional siyasətdən uzaqlaşdırır. Ermənistanda Azərbaycan əleyhinə münasibətlərə zərər vuran davranışlar sərgiləyir”.
Müsahibimizin fikrincə, Makronun anti-Azərnaycan mövqeti Ermənistan Xarici İşlər nazirinin bəyanatında da açıq-aşkar hiss olundu. COP29 tədbiri yaxınlaşdıqca bizə təyziqlər artacaq. Bu isə Azərbaycanın uğurlarına kölgə salmaq üçün cəhddir. Amma biz buna cavab olaraq bildirdik ki, bütün bu davranışlar və bəyanatlar heç bir fayda gətirməyəcək. Ermənistan özünün alət olmaq obrazını dəyişdirsin, müstəqil dövlət olaraq öz milli maraqları ilə çıxış etsin. Azərbaycan global tədbirə ev sahibliyi etməklə bu konfransa yeniklər gətirən bir ölkə kimi tarixə düşəcək. Bunu bütün anti-Azərbaycan qüvvələri unutmasın.
Mədinə